"Qarabağ" legionerindən şad xəbər alıb.
Sportal.az saytına verilən məlumata görə, Abdullah Zubir Ağdam klubunda qalacaq.
Fransalı futbolçuya ölkəsindən və ərəb komandalarından təkliflər olsa da, Azərbaycan çempionunda oynamağa davam edəcək.
Məlumata görə, 32 yaşlı yarımmüdafiəçi "Qarabağ"la müqavilə müddətini artıracaq.
Zubirin ölkə çempionu ilə müqavilə müddəti 2024-cü il iyunun 30-na qədərdir. Təcrübəli futbolçu 2018-ci ildə "Lans"dan "Qarabağ"a keçmişdi.
saytlarin hazirlanmasi