Millinin heyətinə düşmək üçün vətənə qayıtmağı planlaşdırır

09:47 - 2 Yanvar 2024

"Union Berlin"in müdafiəçisi Leonardo Bonuççi İtaliyaya qayıtmağa israrlıdır.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "Cenoa" təcrübəli futbolçunun xidmətində maraqlıdır.

36 yaşlı futbolçunun özü 2024-cü il Avropa çempionatında millinin heyətinə düşmək uğrunda mübarizə aparmaq üçün Almaniyanı tərk edib A seriyasına qayıtmaq istəyir.

Əvvəllər müdafiəçinin “Roma”ya keçə biləcəyi bildirilirdi, lakin sonradan azarkeşlərin təzyiqi ilə klub bu transferdən imtina edib. Komandanın azarkeşləri “Yuventus”un sabiq futbolçusunu “Roma”nın heyətində görmək istəməyiblər.

Bonuççi 2023-cü ilin sentyabrında azad agent kimi "Yuventus"dan “Union Berlin”ə keçib. Futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm Bonuççi 10 oyun keçirib (723 dəqiqə) və bir qol vurub. 18 turdan sonra "Cenoa" A Seriyasında 20 xalla 13-cü pillədə qərarlaşıb. Çempionata "İnter" başçılıq edir (45 xal).

Xəbər xətti