"Arsenal"ın futbolçusu Afrika Millətlər Kubokunda iştirak etməyəcək

14:19 - 2 Yanvar 2024

"Arsenal"ın yarımmüdafiəçisi Tomas Partey Afrika Millətlər Kubokunda oynamayacaq.

Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu zədə səbəbindən Qana yığmasına kömək edə bilməyəcək.

Onun bu turnirdən kənarda qalacağı dəqiqləşib.

Qeyd edək ki, Afrika Millətlər Kuboku yanvarın 13-dən fevralın 11-dək Kot-d'İvuarda keçiriləcək.

Qana millisi  Misir, Kabo-Verde və Mozambiklə eyni qrupda yer alacaq.
 

Xəbər xətti