"Vest Hem" aparıcı oyunçularından birini komandada saxlayıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi Tomas Souçeklə anlaşıb.
Çexiya millisinin üzvü 2027-ci ilin yayına kimi Premyer Liqa klubunda qalmağa razılıq verib.
Xatırladaq ki, Souçek 2020-ci ildən londonluların heyətində çıxış edir və “Vest Hem”in heyətində bütün turnirlərdə 182 oyuna çıxıb, 30 qol vurub və 9 məhsuldar ötürmə edib.
O, bundan əvvəl “Slaviya”(Praqa), “Viktoriya Jijkov”, “Slovan”(Livertes) klublarında oynayıb.