"Real" sabiq qapıçısını istəmədi

11:21 - 2 Yanvar 2024

“Real”ın sabiq qapıçısı Keylor Navas Tibo Kurtuanın ciddi zədə almasından sonra keçmiş klubuna öz xidmətini təklif edib. 

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, “kral klubu” bu variantdan imtina edib və öncədən də əsas qolkiper adına namizəd olan Kepa Arrizabalaqa ilə müqavilə imzalamaq üçün danışıqları davam etdirib.

Qeyd edək ki, Navas 2014-cü ilin avqustundan 2019-cu ilin sentyabrına qədər Madrid klubunda çıxış edib. Kosta-rikalı bundan sonra o, hələ də məxsus olduğu PSJ-yə keçib.

Keylor Navas klubla birlikdə ardıcıl üç Çempionlar Liqası, İspaniya çempionluğu, ölkə Superkuboku və üç UEFA Superkuboku qazanıb. Bu yaxınlarda Navas Paris klubunda oyun praktikasının olmamasından narazı olduğunu açıqlamışdı.
 

Xəbər xətti