"Zirə"nin sabiq futbolçusu Nemanya Ancelkoviç yenidən Azərbaycan Premyer Liqasında çıxış edə bilər.
Sportal.az saytına verilən məlumata görə, serbiyalının xidmətində maraqlı olan komandalar var.
Onlardan biri “Səbail”dir. Məlumata görə, Bayıl təmsilçisi müdafiəçi ilə yaxından maraqlanır və onu heyətinə qatmağı planlaşdırır.
Ölkəmizi tərk etdikdən sonra Rusiyanın “Akron” klubunda forma geyinən Nemanyanın müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. 26 yaşlı futbolçu “Zlatibor”, “Radnik”, “Yavor”, “Metalaç” klublarında oynayıb.
saytlarin hazirlanmasi