"Beşiktaş" niderlandlı məşqçi ilə razılaşdı

11:51 - 3 Yanvar 2024

"Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisini çalışdırmağa ən real namizəd Covanni Van Bronxostdur. Bu barədə "TRT Spor" məlumat yayıb.

48 yaşlı mütəxəssisin "qara qartallar"la şərtləri razılaşdırdığı bildirilir. Türkiyə klubu niderlandlı məşqçiyə illik 1,8 milyon avro maaş verəcək.

Qeyd edək ki, Covanni Van Bronxost son olaraq Şotlandiyanın "Reyncers" klubunu çalışdırıb.

Xəbər xətti