"Çelsi" legionerini geri çağırdı, başqa kluba göndərəcək

14:34 - 4 Yanvar 2024

"Çelsi" icarəyə verdiyi Andrey Santosu "Nottingem Forest"dən geri çağırıb. 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, London klubu 19 yaşlı futbolçunu daha çox oyun praktikası qazanacağı kluba göndərmək niyyətindədir. 

Mövsümün ilk hissəsində braziliyalı "Nottingem Forest"in heyətində Premyer Liqada cəmi 1 oyun keçirib.

Ötən il Braziliya millisində debüt etmiş Andrey “Vasko da Qama”da oynadıqdan sonra “Çelsi”yə keçib. 
 

Xəbər xətti