"Boluspor"a keçidimə görə şadam. Komanda Türkiyə Superliqasına yüksəlmək üçün oynayır. Öncə, birinci liqada pley-off mərhələsinə düşmək istəyirik. Mən də komandaya bunun üçün kömək edəcəm.İnanıram ki, bu bizdə alınacaq”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Vüsal İsgəndərli deyib.
Albaniyanın “Eqnatiya” klubunu “Boluspor”a dəyişən azərbaycanlı futbolçu Türkiyə təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb. 28 yaşlı yarımmüdafiəçi bildirib ki, hazırkı klubu ona bir müddət əvvəl də təklif göndərib:
“Boluspor” məni yaydan bu yana istəyirdi. Əslində, bu klubla yayda müqavilə imzalamağım mümkün idi. Lakin onda artıq “Eqnatiya” ilə müqavilə imzalamışdım. Hər halda, “Boluspor” məni heyətinə qatmaq üçün “Eqnatiya”ya pul ödədi. Sağolsunlar, məni israrla istədilər və transferi reallaşdırdılar. Əvvəllər də Türkiyədə oynamışam. Çalışacam ki, “Boluspor” üçün ən yaxşısını edim”.
Mirbağırağa