“Atletiko”, "Milan", "Roma" və Xorvatiya millisinin sabiq hücumçusu Nikola Kaliniç “Hayduk”la 5 aylıq müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, forvard komandada pulsuz oynayacaq. Onun maaşı simvolik 1 avro olacaq.
Klub prezidentinin sözlərinə görə, Kaliniç “Hayduk”a çempionluq titulunu qazandırmaq üçün qayıdıb.
Təcrübəli hücumçu peşəkar karyerasına məhz Split təmsilçisində başlayıb və 2009-cu ilə qədər burada oynayıb. O, 2022/2023 mövsümünü də “Hayduk”da keçirib.