Premyer Liqanın ilk xorvatiyalısı: "Bəlkə də, Emrelinin “Dinamo”da özünü göstərməyə imkanı olacaq"

14:18 - 4 Yanvar 2024

"Mahir Emrelinin "Dinamo" ilə müqaviləsi 2026-cı ilə qədərdir. İndi də mövsümün ikinci yarısı üçün hazırlıqlar başlayıb. Ona görə, məncə, vəziyyət yenə qarışıqdır. Heç nə bilmək olmaz. Bəlkə də, Emreli “Dinamo”da qaldı və qışdan sonra özünü yenə göstərməyə imkanı olacaq".

Bu sözləri Sportal.az saytına açıqlamasında Tomislav Vişeviç deyib.

Hazırda Xorvatiyada məşqçi kimi fəaliyyət göstərən 43 yaşlı veteran futbolçu Mahirin Zaqreb klubunda əsas fiqura çevrilmək şanslarından danışıb. O, azərbaycanlının “Dinamo”da transferə çıxarılması ilə bağlı çıxarılması xəbərinə də münasibət bildirib:

"Bildiyim qədərilə, "Dinamo" yaponiyalı futbolçu Takuro Kanekonu transferə çıxarmağı planlaşdırırdı. Sadəcə, o, özünü çox yaxşı tərəfdən göstərdi, komandanın ən yaxşılarından oldu. Ona görə də, komanda onu saxlayacaqlar. "Dinamo" yeni müqavilə də təklif edib. Emrelinin məsələsinə gəlincə, bu haqda açığı məlumatım yoxdur. Ancaq yaponiyalı göstərdi ki, futbolda nə vaxt necə olacağını ehtimal etmək çətindir. Ümid edirəm ki, Emrelinin də "Dinamo"da işləri qaydasına düşəcək".

Azərbaycan millisinin üzvünün “Dinamo” ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. O, 2022-ci il fevral ayında “Legiya”dan Xorvatiya nəhənginə keçib.

Mirbağırağa

Xəbər xətti