"Kəpəz"in sabiq baş məşqçisi Azər Məmmədov yenidən "Səbail"də işləyəcək.
Sportal.az xəbər verir ki, o, Bayıl klubunda köməkçi məşqçi kimi işləyəcək.
"Səbail"in baş məşqçisi Şahin Diniyev Gəncə klubunda uğursuz nəticələrdən sonra postundan gedən və işsiz qalan Məmmədova dəstəyini göstərib.
Təcrübəli mütəxəssis yaxşı tanıdığı köməkçisini "Səbail"ə qaytarıb.
saytlarin hazirlanmasi