“Zirə” legionerlərindən biri ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi ukraynalı hücumçu Vladislav Kulaçın müqaviləsinə xitam verib.Əslində, forvardın “Zirə” ilə müqaviləsi mövsümün sonunda başa çatırdı.
Lakin Premyer Liqa təmsilçisi ukraynalını göndərmək qərarını verib.30 yaşlı futbolçu artıq “transfermarkt.de” portalında azad agent kimi göstərilir. O, Azərbaycana gələnə qədər “Şaxtyor”, “Stal”, “Eskişehirspor”, “Zarya”, “Vorskla”, “Honved”, “Dinamo”(Kiyev) klublarında oynamışdı.
saytlarin hazirlanmasi