"Napoli" və Polşa millisinin yarımmüdafiəçisi Piotr Zielinski "İnter"ə azad agent kimi keçməyə çox yaxındır.
Sportal.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, Neapol təmsilçisi vaxtında 29 yaşlı yarımmüdafiəçi və onun nümayəndələri ilə yeni müqaviləni razılaşdıra bilməyib.
“İnter” vəziyyətdən istifadə edərək, Zielinskiyə mövsümə 4,5 milyon avro maaşla üç illik müqavilə təklif edib.
Qeyd edilir ki, Zelinski 7 ildir (2016-cı ildən) "Napoli"də çıxış edir. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 23 matçda meydana çıxıb, üç qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçunun neapollularla hazırkı müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədərdir.
saytlarin hazirlanmasi