"Milan"ın müdafiəçisi Fikayo Tomori Almaniyaya yollanmağa hazırlaşır.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, “rossonyerlər”in aparıcı üzvü “Bavariya”ya keçməkdə israrlıdır. Amma bu transferin qış “transfer pəncərəsi” zamanı reallaşması inandırıcı deyil.
Çünki İtaliya klubu ən yaxşı halda yayda onun gedişinə razı olacaq. Bu mövsüm Tomori 22 matçda meydana çıxıb.
26 yaşlı futbolçunun “Milan”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, “Çelsi”, “Hall Siti”, “Brayton”, “Derbi” komandalarında çıxış edib.
saytlarin hazirlanmasi