Çexiya milli komandasının baş məşqçisinin kimliyinə aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, milli İvan Haşekə tapşırılıb.
O, 2025-ci ilin noyabrın sonuna qədər yığma komandanı çalışdıracaq.
60 yaşlı məşqçi son olaraq Livan millisini çalışdırıb. Çexiyalı mütəxəssis karyerası ərzində “Sparta”(Praqa), “Strasburq”, “Vissel Kobe”, “Əl-Vasl”, “Sent-Etyen”, “Əl-Əhli”, “Əl-Hilal” klubları ilə yanaşı, Qabon və Çexiya millisinə rəhbərlik edib.
saytlarin hazirlanmasi