"Fənərbaxça"nın futbolçusu Samet Akaydın komandadan ayrılmaq istəyir.
Sportal.az xəbər verir ki, 29 yaşlı mərkəz müdafiəçisi ayrılıq istəyini rəhbərliyə bildirib.
Türkiyə millisinin üzvü Avro-2024 öncəsi daha çox forma şansı qazana biləcəyi komandaya keçmək niyyətindədir. Klub rəhbərliyi onun istəyini müsbət dəyərdəndirib.
Təcrübəli futbolçu mövsümün ikinci yarısını icarə əsasında başqa komandada keçirəcək. Türkiyə, belçika və Rusiya klubları onu icarəyə götürməyə çalışır.
Qeyd edək ki, "Fənərbaxça" Samet Akaydını 2023-cü ilin yanvar ayında "Adana Demirspor"dan transfer edib. Futbolçu cari mövsümdə komandanın heyətində 11 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi