Şahruddinin komandası ulduz futbolçu ilə yollarını ayırdı

12:20 - 6 Yanvar 2024

Türkiyənin "Adana Demirspor" klubunda növbəti ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki. Super Liqa təmsilçisi Mario Balotelli ilə yollarını ayırıb. Bu barədə yerli media məlumat yayıb.

33 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Mario Balotelli 2023-cü ilin sentyabr ayından "Adana Demirspor"da çıxış edir. İtaliyalı forvard "mavi şimşəklər"in heyətində meydana çıxdığı 5 Super Liqa matçında 3 qol vurub.

Qeyd edək ki, Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev də "Adana Demirspor"da çıxış edir.

Xəbər xətti