Ukraynalı futbolçu Vladislav Kulaç “Zirə”dən ayrılması ilə bağlı yayılan məlumatları təkzib edib.
Sportal.az xəbər verir ki, “sport.ua”ya danışan forvard Premyer Liqa klubunda mövsümün sonuna qədər qalacağını söyləyib:
"Zirə" ilə müqaviləm 2023/24 mövsümünün sonuna qədər qüvvədədir. Azad agent olduğum barədə məlumatın niyə dərc edildiyini anlamıram. Çünki hazırda “Zirə”nin oyunçusuyam və yazılanlar doğru deyil. Məsələn, hazırda teoriya hazırlığına gedirəm, ona görə də çox danışa bilmirəm".
Ukraynalı forvard “transfermarkt” portalında da azad agent kimi göstərilib.