"Mançester Yunayted"in forvardı Antoni Marsial Türkiyəyə yollana bilər.
Sportal.az “Daily Mail”ə isitnadən xəbər verir ki, onun xidmətində "Fənərbaxça" maraqlıdır.
Türkiyə klubu fransalının transferi üçün qarşı tərəfə 8 milyon avro təklif edib.
28 yaşlı futbolçunun Mançester təmsilçisi ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.