Uzun illər Azərbaycanda legioner həyatı yaşamış Sezar Meza Kolli klubsuz qalıb. Sportal.az saytına verilən məlumata görə, paraqvaylı futbolçu Səudiyyə Ərəbistanının “Ohod” klubundan ayrılıb.
32 yaşlı yarımmüdafiəçi yenidən Azərbaycana qayıtmağı planlaşdırır. Belə ki, futbolçunun xidmətində Premyer Liqamızda mübarizə aparan klub maraqlıdır. Tərəflər maliyyə məsələlərində də ortaq məxrəcə gəlsələr, Meza Kollinin ölkəmizə dönüşü baş tutacaq. Çünki onun özü də, Azərbaycana qayıtmağa müsbət yanaşır.
Təcrübəli futbolçu karyerası ərzində “Çezena”, “Alaves”, “Pavia”, “İnter” (indiki “Şamaxı”), “Zirə”, “Universitetya Krayova”, “Neftçi” komandaların formasını geyinib.
saytlarin hazirlanmasi