İngiltərə klubu bunu səkkiz ildən sonra etdi

19:59 - 7 Yanvar 2024

İngiltərə kubokunun 1/32 final matçında "Aston Villa" "Midlsbro"nu 1:0 hesabı ilə məğlub edib. 

Sportal.az xəbər verir ki, Unai Emerinin rəhbərlik etdiyi kollektiv İngiltərə Kubokunun 1/16 finalına çıxaran oyunda yeganə qolu 87-ci dəqiqədə Metti Keş vurub. 

Birmingem təmsilçisi bu qələbə ilə səkkiz illik həsrətə son qoyub. Belə ki, komanda sonuncu dəfə 2016-cı ilin yanvarında "Uikomb"la görüşdə (2:0) qalib gələ bilmişdi. Həmin matç isə 1/32 final mərhələsində baş vermişdi. 

O vaxtdan bu yana "Aston Villa" ardıcıl səkkiz matçda məğlub olub.

Qeyd edək ki, bu mövsüm İngiltərə Kubokunda “Fulhem”, “Tottenham”, “Meidston Yunayted”, “İpsviç”, “Koventri”, “Nyukals”, “Bornmut”, “Brayton”, “Plimut”, “Şeffild Yunayted”, “Blekbern”, “Southempton”, “Uotford”, “Suonsi Siti”, “Çelsi” və “Şeffild Uendsey" 1/16-ya vəsiqə qazanıb.

Xəbər xətti