"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Sportal.az saytına açıqlama verib. Bölgə klubunun çalışdırıcısı Halayla, Omar Hanni və Zurab Oçiqavanın komandadan göndərilə biləcəyi haqda danışıb. O, adıçəkilən futbolçuların hələ ki, komandada olduğunu deyib. Bununla yanaşı, Baxşıyev, yeni futbolçu axtarışlarında olduqlarını da bildirib:
"Məşqlərimiz davam edir. Çempionatın ikinci yarısına hazırlaşırıq. Xeyr, hələ ki, heç bir futbolçu ilə yollarımızı ayırmamışıq. Hələ ki, bizimlədir. Göndərilib-göndərilməyəcəklərinə gəlincə, hər şey mümkündür. Sadəcə, indiki durumda hamı bizimlədir. Hər halda, biz yenə də oyunçu axtarırıq, baxırıq".
saytlarin hazirlanmasi