Meksikada bu ölkənin milli komandasının, “Mançester Yunayted”in, “Real”(Madrid) və “Sevilya”nın keçmiş hücumçusu Çiçaritonun vurduğu ən yaxşı 10 qolu qeyd ediblər.
Sportal.az "Cero Cero"ya istinadən xəbər verir ki, onun Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Bakıda "Sevilya"nın heyətində "Qarabağ"a vurduğu qol 9-cu pillədə yer alıb. İspaniya mətbuatı Çiçaritonun “Qarabağ”la görüşdəki qolu haqda bunu yazıb:
"Onun bir çox uğurlarının arasında Avropa Liqasında "Sevilya" formasında nadir hallarda cərimə zərbəsindən vurduğu qol önə çıxır. O, universallığını bu qolla bir daha göstərdi. Çiçarito "Sevilya"da çox az vaxt keçirsə də, “Qarabağ”la matçda həmin möhtəşəm qolu vura bildi. Hətta turniri də qazandı. Halbuki, final matçı zamanı o, “Los-Anceles Qalaksi”nin sıralarındaydı".
35 yaşlı forvard 2019-2020-ci illərdə “Sevilya”nın formasını geyinib. “Qvadalaxar”, “Mançester Yunayted”, “Real”(Madrid), “Bayer”(Leverkuzen), “Vest-Hem”də oynamış meksikalı hazırda klubsuzdur.
Mirbağırağa
saytlarin hazirlanmasi