Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev karyerasında dəyişiklik etməyə hazırlaşır.
Sportal.az saytına verilən məlumata görə, azərbaycanlı futbolçu "Buriram Yunayted"dəki karyerası ilə bağlı qərar verib.
Belə ki, Şeydayev Taylandda qalmaq istəmir. O, tez bir zamanda “Buriram Yunayted”in sıralarını tərk etmək niyyətindədir.
Qeyd edək ki, 27 yaşlı futbolçunun hazırkı klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.