"Neftçi" müxtəlif ölkələrdə işləmiş təcrübəli mütəxəssisi baş məşqçi postuna gətirib. O, özünü "Amkar", "Moskva", "Dinamo", "Rostov"dakı işləri ilə sübut edib. Rusiyadakı işini xatırlayıram və fikirləşirəm ki, Bojoviç "Neftçi"yə çempionluq qazandıra bilər".
Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Deni Qaysumov deyib. Vaxtı ilə "Terek"in kapitanı olmuş "Spartak", ÇSKA, "Sokol" klublarında oynamış 55 yaşlı veteran futbolçu Rusiyadan yaxşı tanıdığı Miodraq Bojoviçin "Neftçi"yə təyinatını şərh edib.
Qaysumovun fikrincə, monteneqrolu Rusiyada işləyərək yetərincə təcrübə qazanıb. Amma onun Rusiyadan tanıdığı futbolçuları dərhal "Neftçi"yə dəvət edəcəyinə inanmadığını bildirib: "Düşünürəm ki, Rusiyadan olan oyunçuları "Neftçi"də dərhal görmək ehtimalımız azdır. Çünki Miodraq Bojoviç bir neçə il başqa ölkələrdə də çalışıb. Amma bunu da istisna etmək olmaz. Hər halda, tanıdığı oyunçular çoxdur. Klubun məqsədlərinə uyğun olaraq, o, əlbəttə ki, gücləndirmək lazım olan mövqelərə oyunçular cəlb edəcək. Bojoviç özünə tanış olan futbolçuları "Neftçi"yə dəvət edəcək. Təbii ki, agentlər tərəfindən də futbolçular təklif olunacaq. Kimi dəvət etsələr belə, "Neftçi"yə uğurlar arzulayıram".
Mirbağırağa
saytlarin hazirlanmasi