"Milan"ın idman direktoru Ceffri Monkada klubun ətrafında yayılan transfer şayiələrinə münasibət bildirib.
Sportal.az xəbər verir ki, “Sky Sport”a danışan klub rəsmisi "Fənərbaxça"dan gələn təklifi də açıqlayıb:
"Lilian Brassyeni yeni mərkəz müdafiəçisi kimi bəyənirik. Bəli, o, bizim transfer siyahımızdadır, ancaq amma hələlik razılaşma yoxdur. Danışıqlar olacaq. "Fənərbaxça"nın Kruniç üçün təklif göndərməsinə gəlincə, o, "Milan"ın futbolçusudur. Hələ uyğun təklif yoxdur və belə təklif olmasa, heç yerə getməyəcək. Bütün digər iddiaçılar kimi Türkiyə klubu da məlumatlandırılıb".
Brassye "Brest"in üzvüdür. Kruniç isə dörd ildir ki, "Milan"da oynayır. Onun İtaliya klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimidir.
saytlarin hazirlanmasi