"Qarabağ"ın yollarını ayırmaq istədiyi Adama Diakabi hazırda Fransadadır.
Sportal.az saytına verilən məlumata görə, fransalı bu səbəblə Azərbaycana gəlməyib. Ağdam təmsilçisinin isə artıq çempionatın ikinci yarısı üçün hazırlıqları başlayıb.
Fransa Liqa 1 klublarına təklif edilmiş yarımmüdafiəçiyə maraq göstərən komanda hələ ki, yoxdur. Buna səbəb isə Diakabinin həm tez-tez zədələnməsi, həm də maaşının yüksək olmasıdır. Diakabi Fransa klublarından təklif almasa, “Qarabağ”a geri qayıtmalı olacaq.
“Renn”, “Monako”, “Haddersfild”, “Nottingem Forest”, “Amyen”də oynamış 27 yaşlı futbolçunun “Qarabağ”la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi