PSJ-nin hücumçusu Kilian Mbappe 2024-cü ilin yayında onu transfer etmək istəyən "Real"ın onun üçün irəli sürdüyü təkliflə tanış olub.
Sportal.az "The Athletic"ə istinadən xəbər verir ki, ispaniyalıların indiki maliyyə təklifi 2022-ci ildəkindən də aşağıdır. İddiaya görə, məhz həmin ildə fransalıya 130 milyon avro imza bonusu və illik 26 milyon avro maaş vəd olunmuşdu.
"Kral klubu"nda maliyyə sıxıntısı olduğu üçün daha çox gənc istedadlara diqqət yetirilir. Bununla belə, "Real" ciddi səy göstərərək Mbappeni heyətinə qatmaq istəyir. Bu baş verərsə, o, komandada ən yüksək maaş alan oyunçu olacaq. Onun illik maaşı 10 milyondan çox ola bilər.
Xatırladaq ki, əvvəllər Kilian Mbappenin yayda azad agent kimi ayrılacağı təqdirdə, Paris klubuna böyük təzminat ödəməyə razı olduğu haqda məlumat yayılmışdı. Fransa millisinin üzvünün PSJ ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır. Ona görə də 2024-cü ilin yanvarından artıq digər klublarla danışıqlar aparması üçün rəsmi hüququ var.