PSJ-nin forvardı Premyer Liqa klubunda oynamaq istəyir

16:34 - 9 Yanvar 2024

PSJ-nin hücumçusu Uqo Ekitike İngiltərədə oynamaqda israrlıdır.

Sportal.az "L`Equipe" portalına istinadən xəbər verir ki, fransalı forvard "Vulverhempton"la şifahi razılığa gəlib.

Premyer Liqa təmsilçisi mövsümün sonuna qədər onu icarəyə götürəcək.

21 yaşlı futbolçu “Reyms”, “Vayle”də oyndıqdan sonra 2022-ci ildə PSJ-yə icarəyə verilmişdi. Sonradan isə Fransa nəhəngi onun transfer hüququna sahib çıxmışdı.

Uqonun PSJ ilə müqaviləsi 2027-cı il iyunun 30-na qədərdir.
 

Xəbər xətti