Azərbaycanlı futbolçu Türkiyə klubuna görə rusların təklifini qəbul etmədi

20:22 - 9 Yanvar 2024

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin “Eqnatiya”dan ayrılaraq “Boluspor”a keçidi rəsmiləşib.

Sportal.az saytına verilən məlumata görə, 27 yaşlı futbolçunun xidmətində maraqlı olan komanda az olmayıb.

Belə ki, Rumıniya yüksək liqasında yarışan "Voluntari"dən təklif alıb. Bununla yanaşı, Vüsal həm də Rusiya birinci liqasında yarışan “Ximki”nin maraq dairəsində olub. Lakin futbolçu sonda Türkiyəyə qayıtmağa qərar verib. 

O, karyerası ərzində “Rəvan “, “Simurq”, “Zirə”, “Sumqayıt”, “Keçiorengücü” komandalarında oynayıb. Vüsal İsgəndərli “Boluspor”la 1,5 illik müqaviləyə qol çəkib.
 

Xəbər xətti