Sabiq komandası Ramil Şeydayev üçün hərəkətə keçdi

18:21 - 9 Yanvar 2024

Azərbaycan milli komandasının üzvü Ramil Şeydayevin "Buriram Yunayted"dən ayrılmaq qərarına gəlməsi haqda xəbər vermişdik.

Sportal.az saytına verilən məlumata görə, Taylanddan ayrılmaq niyyətində olan azərbaycanlı futbolçunun Rusiyaya yollanmaq ehtimalı da ortaya çıxıb.

Belə ki, Türkiyə klublarına keçidi gündəmdə olan Şeydayevə Rusiya Premyer Liqasından təklif gəlib.

Belə ki, ölkə çempionatında 7-ci pilləsində qərarlaşan “Rubin” Şeydayevin xidmətində maraqlıdır. Mahir Emrelini də transfer etmək istəyən Kazan təmsilçisi Şeydayevə görə hərəkət keçib.

“Rubin”in baş məşqçisi Rəşid Rəhimov Ramili də sərəncamında görmək istəyir.

O, 2015-ci ildə “Zenit”də oynayarkən “Rubin”ə icarəyə verilib. 27 yaşlı forvard karyerası ərzində “Zenit”, “Trabzonspor”, “Jilina”, “Qarabağ”, “Krılya Sovetov”, “Dinamo”(Moskva), “Sabah” komandalarında oynayıb.
 

Xəbər xətti