"Çelsi"nin üzvü Mixail Mudrik İngiltərə Liqa Kubokunun 1/4 finalının ən yaxşı oyunçusu seçilib.
Sportal.az xəbər verir ki, London klubunun rəsmi saytı ukraynalını buna görə təbrik edib:
“Təbrik edirik, Mişa!”.
Xatırladaq ki, Mixail “Nyukasl” la matçın 90+2-ci dəqiqəsində hesabı bərabərləşdirib, oyunsonrası seriyada isə penaltini inamla çevirərək komandasına qələbə qazandırıb (1:1, penaltidə 4:2). Onun komandası ¼ finalda “Midlsbro” ilə qarşılaşacaq.
Mudrik bu mövsüm bütün yarışlarda 20 matçda iştirak edib, dörd qol vurub və bir məhsuldar ötürmə edib. O, 2023-cü ilin yanvarında "Şaxtyor"dan "Çelsi"yə keçib.
saytlarin hazirlanmasi