Azərbaycanlı məşqçi Superliqa klubunun düşərgəsində - FOTOLAR

17:34 - 9 Yanvar 2024

"Zirə"nin U-19 komandasının qapıçılar üzrə məşqçisi Ülvi Xəlilzadə Türkiyəyə yollanıb. 

Sportal.az xəbər verir ki, gənc mütəxəssis “Başakşehir”in düşərgəsində olub.

Xəlilzadə saytımıza açıqlamasında Superliqa klubunun düşərgəsində gördüklərindən danışıb:

"Başakşehir"in düşərgəsində 10 günlük təcrübədə oldum. Həm əsas komanda, həm də akademiyadakı aşağı yaş qrupları ilə məşqlərə çıxdım. Türkiyədəki məşq prosesləri ilə tanış oldum. Hər şey çox yaxşı alındı. Həqiqətən də həm maraqlı idi, həm də təcrübəmi artırdım. Oradakı məşq prosesləri Azərbaycanda olsaydı, daha çox qapıçı yetişərdi".

Xəbər xətti