Argentina millisinin sabiq üzvü psixi problemlərə görə xəstəxanaya yerləşdirildi

21:38 - 9 Yanvar 2024

Argentina millisinin və PSJ-nin sabiq hücumçusu Ezekiel Lavezzi narkotik istifadəsinə görə psixi problemlər yaşayır.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, o, dekabr ayında körpücük sümüyü sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib, amma qarnından bıçaqlandığı bəlli olub.

Onun qohumları isə bıçaqlanma iddiasını təkzib edərək, Lavezzinin evdə məişət zəminində baş verən insident nəticəsində: lampanı dəyişdirərkən pilləkənlərdən yıxılaraq xəsarət aldığını iddia edib. Argentinalının son vaxtlar müxtəlif səslər eşitməyə başladığı, hətta qayçı ilə özünə xəsarət yetirmək istədiyi də bildirilib. Lakin qardaşı araya girərək futbolçunu sakitləşdiribi, nəticədə onun körpücük sümüyü qırılıb. Həmyerlisi və həmkarı Luis Ventura iddia edir ki, Ezekiel narkotikdən istifadə edib, nəticədə xəstəxanaya yerləşdirilib. Futbolçunun səhhətinə keçmiş sevgilisi ilə məhkəmə çəkişməsi təsir edə bilər".

38 yaşlı veteran futbolçu "Estudiantes", "San Lorenzo", "Napoli", PSJ, "Hebey" klublarında, həmçinin 2007-2016-cı illərdə Argentina millisində oynayıb.

 

Xəbər xətti