"Qarabağ"ın legioneri zədələndi

22:49 - 9 Yanvar 2024

Kape Verde millisinin düşərgəsində olan "Qarabağ"ın futbolçusu Patrik Andrade zədələnib.

Sportal.az KFF-yə istinadən xəbər verir ki, belindəki ağrılar səbəbindən Andrade milli komandası ilə ardıcıl ikinci məşqi də buraxıb.

Əlavə edək ki, Kabo-Verde yığması yanvarın 14-də başlayacaq Afrika Millətlər Kubokunun oyunlarına hazırlaşır.

Andradenin komandası yanvarın 15-də Qana ilə qarşılaşacaq. Ondan əvvəl isə Tunislə sabaha planlaşdırılan yoldaşlıq oyunu keçirəcək. (KFF)

Xəbər xətti