"Rubin"in baş məşqçisi millimizin üzvünü komandasına dəvət etdi

15:07 - 10 Yanvar 2024

Azərbaycan milli komandasının və “Buriram Yunayted”in forvardı Ramil Şeydayevin karyerasında dəyişiklik edəcəyi gözlənilir.

Onun xidmətində sabiq komandası -“Rubin”in maraqlı olduğu barədə xəbər vermişdik.

Sportal.az saytına verilən məlumata görə, Kazan təmsilçisinin baş məşqçisi Rəşid Rəhimov bununla bağlı Ramil Şeydayevə zəng edib, onu "Rubin"ə dəvət edib. Lakin millimizin üzvünün “Rubin”ə keçidə razılıq verib-verməyəcəyi hələ ki, dəqiq deyil.

28 yaşlı futbolçu Taylandda qalmaq istəmir. O, “Buriram Yunayted”dən ayrılaraq Avropaya qayıtmağı planlaşdırır. Şeydayevin Türkiyə və Rusiyadan təklifləri var.
 

Xəbər xətti