"Dinamo" Mahiri satmağa hazırdı: İstədikləri məbləğ də bəlli oldu

18:22 - 10 Yanvar 2024

Xorvatiyanın “Dinamo” klubu qış “transfer pəncərəsi”ndə Mahir Emreli ilə yollarını ayırmağa hazırdır.

Sportal.az saytına verilən məlumata görə, Zaqreb təmsilçisi Azərbaycan millisinin üzvü üçün təxminən 1 milyon avro istəyəcək.

Emrelinin son zədəsinin ardından isə onun digər kluba transferi yaya qədər uzana bilər.

Bununla belə, “Dinamo” 26 yaşlı futbolçunun transferindən pul qazanmaq istəyir. Mahirin Xorvatiya nəhəngi ilə müqavilə müddəti 2026-cı ilin yayında bitəcək. 
 

Xəbər xətti