“Arsenal” bu qış "Brentford"un hücumçusu İvan Toninin keçidini həll edə bilməyəcək.
Sportal.az “The Sun”a istinadən xəbər verir ki, London təmsilçisi hələ ki, Toni ilə danışıqları təxirə salıb. Buna səbəb isə maliyyə məsələsidir. Belə ki, “Brentford” 80 milyon funt sterlinqdən çox pul istəyir.
"Topçular" isə forvardı daha aşağı məbləğə almaq niyyətindədir.
Ötən mövsüm Toni bütün turnirlərdə “Brentford”un heyətində 35 oyuna çıxıb, 21 qol vurub və 5 məhsuldar ötürmə edib. 27 yaşlı futbolçunun hazırkı klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimidir.