"Adana Demirspor"un forvardı Mario Balotelli karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportal.az xəbər verir ki, bu barədə futbolçunun meneceri Enzo Rayola bildirib.
Onun dediyinə görə, “Milan”, “İnter”, İngiltərənin “Liverpul”, “Mançester Siti” və İtaliya millisinin sabiq hücumçusuna müxtəlif ölkələrdən maraq var:
“Balotelli tez-tez tətil üçün Breşiyaya gəlir. Yeni il gecəsi Monakoda bir-birimizi gördük və bir yerdə olduq. Onun İtaliya çempionatına qayıtması həm onun, həm də mənim üçün arzu olardı. Amma bu gün mənə İsraildən, Azərbaycandan, Argentinadan, Braziliyadan, Çindən Balotelli ilə bağlı zənglər gəlir. Hər yerdən zəng edirlər".