Mario Balotelli yenidən Türkiyəni tərk etməyə hazırlaşır.
Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, “Adana Dəmirspor”da qalmaq istəmir.
Mənbənin məlumatına görə, futbolçu bu ay müqaviləsinə xitam verilməsi üçün klubla danışıq aparıq. Mario Balotellinin İtaliya millisində yer tapmaq üçün yenidən A Seriyasına qayıtmaq istəyindədir.
Onun şəxsi məqsədi İtaliyada məskunlaşıb, karyerasını vətənində başa vurmaqdır. Futbolçunun meneceri ona Azərbaycan klublarından da təklif olduğunu açıqlamışdı.
Qeyd olunur ki, “Udineze”, “Salernitana” və “Empoli” Mario Balotellini transfer etmək şansına sahibdir. 33 yaşlı hücumçu Türkiyə çempionatının bu mövsüm 5 oyun keçirib və 3 qol vurub.
saytlarin hazirlanmasi