"Zirə"dən ayrılmış Andriya Lukoviç Azərbaycanı tərk edərək Serbiyaya qayıdıb. Superliqa təmsilçisi “Radniçki” ilə anlaşan yarımmüdafiəçi saytımıza açıqlama verib.
Sportal.az saytına açıqlama verən Lukoviç Azərbaycanı tərk etməsi ilə bağlı danışıb:
"Baş məşqçi ilə danışdıq. Oyun dəqiqələrim az idi. Mövsümün ikinci hissəsində də necə olacağı dəqiq deyildi. Sonda da ayrılıq haqda razılaşdıq. Əslində, son 4-5 ay düşündüyümü kimi olmadı, amma mən orada həmişə xoşbəxt idim. “Zirə”yə uğurlar arzulayıram. Bu komandanın böyük potensialı var".
Vaxtı ilə “Srvena Zvezda”da “Neftçi”nin hazırkı baş məşqçisi Miodraq Bojoviçin rəhbərliyi altında işləmiş Lukoviç monteneqrolu mütəxəssis haqda da fikirlərini bildirib. Andriya Bojoviçlə bağlı bunları deyib:
“Baş məşqçi komandanı qışda qəbul edəndə, onun üçün heç də asan olmur. Bojoviçə uğurlar arzulayıram. Onun vaxtında “Srvena Zvezda” ilə mövsümü ikinci pillədə başa vurmuşduq. Bojoviçin rəhbərliyi altında “Srvena Zvezda”da oynamaq xoş idi. Yaxşı məşqçidir, bunu gələcəkdə görəcəksiz”.
Mirbağırağa
saytlarin hazirlanmasi