Taylandın “Buriram Yunayted” klubunun azərbaycanlı hücumçusu Ramil Şeydayev karyerasını Türkiyədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, “Kocaelispor” qış “transfer pəncərəsi”ndə millimizin üzvünü heyətinə qatmaq istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Tərəflər razılaşsa, Şeydayevlə il yarımlıq müqavilə imzalanacaq. Hazırda birinci liqada ikinci pillədə qərarlaşan “Kocaelispor” Superliqaya yüksəlmək üçün mübarizə aparır.
saytlarin hazirlanmasi