Sabah Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilməli idi.
Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.İclasın gündəliyinə bir sıra məsələlər daxil edilib.
O cümlədən, AFFA-nın növbəti hesabat-seçki konfransının vaxtı müəyyən edilməli, həmçinin Azərbaycanın aşağı yaş qruplarından ibarət yığma komandalarına baş məşqçi təyinatları ilə bağlı müzakirələr aparılacaqdı.
Lakin AFFA qarşıdakı iclasın təxirə salındığını, yeni tarixin isə daha sonra açıqlanacağını açıqlayıb. Yeri gəlmişkən, yeni tədris mərkəzinin və “Kəpəz” Akademiyasının açılışı da təxirə salınıb.
saytlarin hazirlanmasi