"Zirə" ilə keçirilmiş yoxlama oyunundan sonra "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov jurnalistlərə açıqlama verib.
Sportal.az xəbər verir ki, Bağırov komandasının 1:2 hesablı məğlubiyyətini şərh edib:
"Maraqli oyun oldu. Zədəsiz bir görüş keçirtmək istəyirdik. İsmail Azzauinin durumuna sabah aydınlıq gətiriləcək. Çalışdıq bütün futbolçulara şans verək, hər kəs 45 dəqiqə oynasın. Çünki fasilədə ilk yoxlama oyunumuz idi. Heyəti gücləndirməklə bağlı işlər görülür. Yanvarın 16-17-nə qədər çalışacağıq bu işləri yekunlaşdıraq. Əsasən hücum xəttini gücləndirmək istəyirik. Heyətdə rotasiya edə bilmək üçün transfer çalışmalarında yerlilərə üstünlük veririk".
saytlarin hazirlanmasi