Türkiyənin Antalya bölgəsində mövsümün ikinci hissəsinə hazırlaşan "Turan Tovuz" gün ilk yoldaşlıq görüşünə çıxıb.

Sportal.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Rumıniyanın "Voluntari" klubu ilə üz-üzə gəlib.  

Qarşılaşma rumınların qələbəsi ilə başa çatıb.

Yoxlama oyunu
10 yanvar

"Turan Tovuz" - "Voluntari" (Rumıniya) 0:2