“Zirə”nin futbolçusu Rafael Utziq “Araz-Naxçıvan”la yoxlama görüşündən sonra jurnalistlərə müsahibə verib. Sportal.az xəbər verir ki, braziliyalı Azərbaycana qayıtmasından danışıb.
- “Zirə”yə transferin necə reallaşdı?
- Azərbaycana yenidən qayıtdığım üçün xoşbəxtəm. Layihə ilə bağlı mənə məlumat veriləndə, bundan məmnun oldum və bura gəlməyə qərar verdim.
- Başqa təkliflərin var idi?
- “Qəbələ” ilə son dəfə Azərbaycan kubokunu qazananda, digər ölkələrdən də təkliflərim var idi. Azərbaycandan da olmuşdu. Amma karyeramı başqa ölkədə davam etdirmək istədim. Ona görə Cənubi Koreyaya yollandım. Lakin “Zirə”dən təklif gələndə, geri qayıtmaq qərarı verdim.
- Yayda Azərbaycanda qalmayıb, Cənubi Koreyaya getməyinə görə peşman deyilsənki?
- Cənubi Koreyadakı futbolla Azərbaycandakı futbol tam fərqlidir. Burada daha çox topla oynamağa yer verilir. Amma Cənubi Koreyadakı futbol fiziki cəhətdən buradakı futboldan üstündür. Təbii ki, hər futbolçu daha çox oynamaq istəyər. Cənubi Koreyada bu statistika məndə aşağı olduğu üçün Azərbaycana gəlməyə qərar verdim. Orada daha çox oynamırdım deyə, özümü xoşbəxt hiss etmirdim.
- “Qəbələ”də səninlə komanda yoldaşı olmuş Ruan Renato ilə danışmışdın?
- “Qəbələ” olduğum dönəmdən bəri də, burada çıxış edən braziliyalı futbolçularla yaxşı əlaqəm var idi. Riçard Almeydanın özü ilə də münasibətim yaxşıdır. O da “Zirə”də oynayıb. Azərbaycanda kənarda olanda da, onlarla danışırdıq və mənə həmişə klub haqda müsbət sözlər deyiblər. Bura gəlməyimdə onların mənimlə bölüşdüyü təəssüratların da məüyyən qədər rolu oldu. İlk növbədə komandanın hədəfləridir, daha sonra şəxsi hədəflər. Hücum mövqeyində oynayıram, qollar vurub, məhsuldar ötürmələr verərək komandaya kömək etməyə çalışacam.
- “Zirə”nin potensialını necə görürsən? Komandanın liderlər qrupunda yer alması, avrokuboklara yollanmaq şansına sahib olması keçidində rol oynadı?
- “Zirə”nin mənə təklifindən məmnun oldum. Komandanın turnir cədvəlində yüksək yerlərdə olmasının əhəmiyyəti yox idi. Çünki “Zirə”də hər zaman keyfiyyətli futbolçular olub. İndi də belədir. Bütün bu amilləri nəzərə alaraq, komandaya keçidə razılıq verdim.
- Rəşad Sadıqovla bağlı ilkin təəssüratların....
- Müxtəlif futbolçulardan həmişə Rəşad Sadıqov və onun işi haqda müsbət sözlər eşidirdim. Bura gəlməkdə məqsədim ona kömək etməkdir. Onunla işləməkdən məmnun olacam.
- Azərbaycan millisinin üzvü Anton Krivotsyuk da Cənubi Koreyada oynayır. Onunla qarşılaşmısan?
- Xeyr, xatırlamıram.
- “Qəbələ”nin son pillədə yer alması sənə necə təsir edir? Azərbaycandan ayrıldıqdan sonra heç bu klubla maraqlanırdın?
- Onların hazırda bu vəziyyətdə olması məyus edir. Çünki “Qəbələ” ilə bağlı yaxşı xatirələrim var. Orada kubok qazanmışıq. Klub prezidenti, direktorlar, futbolçularla münasibət var, davam edir. İndi “Zirə”dəki işimə fokuslanmışam.
Mirbağırağa
saytlarin hazirlanmasi