"Milan"ın futbolçusu Türkiyəyə yollanacaq

15:34 - 11 Yanvar 2024

"Milan"ın baş məşqçisi Giorgio Furlani yarımmüdafiəçi Rade Kruniçin tezliklə “Fənərbaxça”ya keçəcəyi xəbərini təsdiqləyib. 

Sportal.az xəbər verir ki, “Sky Sports”a danışan klub rəsmisi bunları deyib: “Bəli, yaxın vaxtlarda müqavilə məsələsi başa çatmalıdır”.

Xatırladaq ki, Kruniç “Spartak”ın da transfer siyahısındadır. Transferin 5 milyon avro olacağı gözlənilir.

O, 2019-cu ildən “Milan”ın formasını geyinir və müqaviləsi 2025-ci ilə qədərdir. 30 yaşlı futbolçu karyerası ərzində “Sutyeska”, “Donyi Srem”, “Verona”, “Boraç”, “Empoli”də çıxş edib.
 

Xəbər xətti