Ukraynanın “Dnepr-1” klubu “Zirə”nin hücumçusu Vladislav Kulaçla maraqlanır.
Sportal.az “TaToTake”yə istinadən xəbər verir ki, Ukrayna təmsilçisi hücumçu ilə müqavilə bağlamağın mümkün olub-olmadığını öyrənməyə çalışır.
O, klubun transfer siyahısındadır, lakin hələlik konkret məlumat yoxdur.
Əlavə edək ki, ukraynalı hücumçunun "Zirə" ilə müqaviləsi cari mövsümün sonuna kimidir.
saytlarin hazirlanmasi