Mutu: "Artıq hər kəsə aydın oldu ki, Azərbaycan klubları bəzilərinin düşündüyü qədər zəif deyil"

16:49 - 11 Yanvar 2024

“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu Rumıniya mətbuatına danışıb.

Sportal.az xəbər verir ki, “GSP”yə açıqlama verən gənc mütəxəssis “Sabah”ın Türkiyənin Antalya şəhərində Rumıniyanın “Rapid” klubu üzərində yoldaşlıq görüşündə qazandığı qələbəni (2:1) şərh edib.

O, Azərbaycan Premyer Liqasının səviyyəsinə toxunub:

"Hesab edirəm ki, “Sabah”ın qələbəsindən sonra artıq hər kəsə aydın oldu ki, Azərbaycan komandaları bəzilərinin düşündüyü qədər zəif deyil. “Rapid”lə oyuna baxmamışam. Amma təsəvvür edin, "Sabah" turnir cədvəlində 8-ci pillədədir. Fikir verin, çempionatda 8-ci pillədə qərarlaşan “Sabah” “Rapid”i üstələdi və mənimlə “Neftçi” mövsümün ilk yarısını 2-ci pillədən 1 xal geri qalaraq 3-cü pillədə başa vurdu. Bu, güclü çempionatdır, hər şey balanslıdır və orada “Qarabağ” üstünlük təşkil edir”.

Xəbər xətti